Rusiya Elmlər Akademiyası (RAN) astronavtların yerinə insanabənzər robotun Aya göndərilməsi ideyasını müzakirə edir.
Bu barədə Akademiyanın Kosmik Tədqiqatlar İnstitutunun elmi direktoru, Ay proqramının birinci mərhələsinin elmi rəhbəri, akademik Lev Zeleni danışıb.
“Əlbəttə ki, bu, uzaq perspektivdir, lakin biz indidən rusiyalı kosmonavtların uçuşu haqqında düşünməliyik. Kosmonavtların yerinə, insanabənzər bir robotun Aya göndərilməsi ideyası beləcə yarandı”, – Zeleni deyib.
Alimin sözlərinə görə, robotun əsas vəzifəsi Ayda müxtəlif nümunələr toplamaq olacaq. Enişdən sonra robot pilləkənlər vasitəsilə aparatdan çıxacaq və müxtəlif nümunələr toplayacaq.
Akademik qeyd edib ki, gələcəkdə antropomorf robot Ayda yaşayacaq və lazımi məlumatları Yerə göndərəcək.