Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri beynin qərarvermə alqoritmlərinin nevroloji dövrə və beynin dərinliklərində yerləşən kiçik struktur olan “habenula” vasitəsilə həyata keçirildiyini aşkar ediblər.
ABŞ-li alimlərin tədqiqatının məqsədi koqnitiv mükafatların mənbəyini – insanın, məsələn, lazımi informasiyaya çıxış əldə edərkən sevinc hissiyyat mexanizmini müəyyən etmək olub. Məlum olub ki, müəyyən informasiyaya olan istək qərar qəbul etmə prosesinə əhəmiyyətli dərəcədə təsir edir.
Qeyd edək ki, tədqiqat 824 könüllü arasında keçirilib.