İnsanlar dəqiqədə 15-20 dəfə göz qırpırlar, bu zaman hər göz qırpması yarım saniyəyə yaxın davam edir. Əgər bu anları cəmləsək, onda belə çıxır ki, biz hər gün bir saatdan çox qaranlıqda qalırıq.Alimlər insanların nə üçün göz qırpdığını araşdırıblar.
Araşdırma nəticəsi olaraq bildirilib ki, ilk növbədə göz qırpması sayəsində göz buynuzcuğu nəmlənir. İkincisi, “yenidənyükləmə” funksiyasıdır. Alimlər müəyyən ediblər ki, insan nə vaxt lazım gələndə yox, hansısa bir fəaliyyətin başa çatmasından sonra, məsələn, danışıqda fasilə zamanı və ya filmin sonunda gözünü qırpır. Bu zaman beyin diqqəti kəskin şəkildə azaldaraq qısa müddətə “passiv rejim”ə keçir. Demǝli biz gözümüzü qırparaq bir fəaliyyətdən digərinə keçirik.