İnsan nə üçün ət yeməlidir

0
300

Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Məhz ətdən biz orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri alırıq.

Onlardan ən vacibləri – zülallardır. Bu zülallar insanın həzm sistemində amin turşulara kimi parçalanır və daha sonra bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.

İnsan orqanizmi zülalları ehtiyat üçün yığmır. Bu səbəbdən orqanizm daim qida ilə zülal almalıdır. İnsan zülalları həm bitkilərdən, həm də ətdən (burada həmçinin toyuq və balıq əti nəzərdə tutulur) alır. Lakin ətdən zülallar almaq daha asandır. Ətdə insanın orqanizmi üçün bütün lazım olan əvəzolunmaz turşular var. Beləliklə, gün ərzində 1 neçə tikə ət yeməklə insan orqanimin zülallara olan ehtiyacını tam  ödəyir.

Bəli, bəzi bitkilərdən də zülallar almaq olur. Lakin ətdən fərqli olaraq bu daha çətindir – müxtəlif bitkilərdə bir və ya bir neçə aminturşuları olur (yəni hamısı yox). Beləlikə, insan aminturşulara olan ehtiyacını ödəmək üçün daim müxtəlif bitkiləri kombinasiya etməlidir. Bu isə heç də asan iş deyil.

Zülallar orqanizmin normal fəliyyətində əsas rollardan birini oynayırlar:

– İlk növbədə zülal orqanizmdə “tikinti”  funksiyasını yerinə yetirir. Zülallar bizim dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizi, immun və qan sistemlərimizin və s. əsasıdır.

– Zülallar orqanizmdə nəqliyyat funksiyasını yerinə yetirir. Xüsusi zülallar orqanizmin fəaliyyəti üçün lazım olan maddələri özünə birləşdirir və orqanizmin müxtəlif yerlərinə çatdırır.

– Zülallar immun sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

Əgər uzun müddət ərzində insan orqanizminə zülallar daxil olmazsa, bu bir çox pozulmalara gətirib çıxardacaq:

– Bizim dərimiz kollaqen zülalından ibarətdir. Orqanizm zülal çatışmazlığından əziyyət çəkdikdə, dəri qocalmağa başlayır – qırışır, sallanır. Bundan əlavə dirnaqlar da kövrək olur, laylanır, saçlar quru və cansız görünür.

– Zülalların çatışmazlığı zamanı zülallarda olan ehtiyacını ödəmək üçün orqanizm daxili orqanlardan istifadə etməyə başlayır. İlk növbədə orqanizm zülalları əzələ toxumasından götürməyə başlayır, daha sonra daxili orqanlara keçir.

– Bizim hormonlar da zülallardan ibarətdir. Məhz bu səbəbdən zülaların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır.

– Zülalların çatışmazlığı uşaq orqanizmi üçün xüsusilə ziyanlıdır. Bu halda uşağın inkişafı və boyatması ləngiyir.

– Zülalların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.

Zülallardan əlavə ətdə orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox vitamin və mikroelementlər var. Bunlardan ən əhəmiyyətlisi dəmirdir. Orqanizmdə dəmirin çatışmazlığı müxtəlif pozulmalara yol açır. Dəmir orqanizm boyu oksigenin daşınması prosesində iştirak edir. Dəmir çatışmazlığı zamanı orqanizmin oksigenlə təchiz olunması pozulur ki, bunun nəticəsində orqanizmdə müxtəlif pozulmalar yaranır. Dəmirin ən dəyərli mənbəyi ət sayılır. Ətdə olan dəmir orqanizm tərəfindən bitkilərdə olan dəmirlə müqayisədə daha yaxşı mənimsənilir.

Beləliklə, ət insanın rasionunda daim olmalıdır. Dietoloqların araşdırmalarına görə, hər gün 100 qr ət yeyən insan orqanimini bütün lazım olan aminturşular və dəmirlə təmin edir. Əzələ toxuması çox olan, ağır fiziki işlə məşğul olan kişilərə gün ərzində 2-3 dəfə çox ət tələb olunur. Ət yağsız olmalıdır və suda, buxarda və ya sobada (folqada, yağ əlavə olunmadan) bişirilməlidir. Qızardılmış, hisə verilmiş ət, kolbasa və sosis məmulatları, ət konservləri sağlamlıq üçün ziyanlıdır.

Həddən artıq miqdarda ət qəbul etmək olmaz. Bu insanın sağılamlığına ziyan gətirə  bilər.