ABŞ-ın Florida ştatının Hilsburq şəhərində yaşayan vətəndaşlardan birində “Neqleriya Foulera” amöbü aşkar edilib.
Birhüceyrəli canlı infeksiya yaradır və əksər hallarda xəstənin ölümünə gətirib çıxarır.
Bir çox hallarda göl və çay kimi şirin su hövzələrində aşkar edilən amöb, sadəcə, burun yolu ilə insana keçir.
Hazırda Florida Səhiyyə İdarəsi amöbün sözügedən şəxsin bədəninə necə keçdiyini araşdırır.
Qeyd edək ki, “Neqleriya Foulera” amöbü insan beynini sürətlə zədələdiyi üçün “insan beyni yeyən amöb” adlandırılır.