İnsan alveri qurbanlarının Azərbaycandan aparıldığı ölkələr – SİYAHI

0
404
Anti-Human trafficking concept: Woman abused for commercial purposes.

Azərbaycanda 2019-cu ildə müəyyən edilmiş 91 insan alveri qurbanının 85-i qadın, beşi kişi və biri uşaqdır.

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Qeyd olunub ki, həmin şəxslərdən 89-u Azərbaycan, ikisi isə Tacikistan və Özbəkistan vətəndaşlarıdır.

Onlardan 54-ü istismar məqsədilə Türkiyəyə, 16-sı Qətərə, səkkizi İrana, beşi Rusiyaya aparılıb.

Həmin şəxslərdən beşi Birləşmiş Ərəb Əmirliklərində, üçü isə Azərbaycanda istismara məruz qalıb.