İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin qərarı ilə İNK Masallı Regional Təşkilatının Astara şöbəsinə yeni sədr təyin olunmuşdur. Bu təşkilatın Astara şöbəsinin yeni sədri Nizami Rəsulov ehtiyatda olan baş leytenant, alim-aqronomdur. Yeni Azərbaycan Partiyasının üzvü də olan N.Rəsulov Azərbaycan Çayçılıq Assosiasiyasının vitse-prezidentidir. N.Rəsulov hər zaman məsul vəzifələrdə çalışmış, 2-ci dərəcəli “Əmək” ordeni və General Həzi Aslanov yubiley medalı ilə təltif olunmuşdur.