İctimai Nəzarət Koalisiyasının Lənkəran rayon şöbəsinin sədri Elnur Hacıyev
Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə və kollektivi ilə birlikdə vətən müharibəsində böyük döyüş şücaəti göstərmiş Ramal Baxşızadə və ailəsi ilə görüşdü, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin respublikamızın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda apardığı uğurlu diplomatik-siyasi mübarizəsindən və xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək nümayiş etdirdiyi birlikdən qürurla danışaraq bir daha Azərbaycan xalqının, dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğulandı.
Baxşızadə Ramal Elşən oğlu 20 oktyabr 1993-ci il tarixində Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 2000-ci ildə N.Aslanov adına Ləj kənd tam orta məktəbinə getmiş və 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2011-ci ildə Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat ixtisasina daxil olmuş və 2015-ci ildə həmin ixtisası bitirmişdir. 2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və Aprel döyüşlərində iştirak etmişdir. 2016-cı il tarixindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsində mühasib vəzifəsində çalışır. 2020-ci ilin senyabr ayının 21-də qismən səfərbərliklə hərbi xidmətə yolanmış və Xocavənd uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərmişdir. Ramal Baxşızadə vətənpərvərlik ruhunda tərbiyə olunmuş bir gəncdir. Subaydır.
Ramal Baxşızadəyə idarə tərəfindən ordumuzun zəfər çalması ilə əlaqədar hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin əks olunduğu suvenir və hədiyyə təqdim edildi.
Vətənpərvər gəncimizlə qürur duyuruq!
Onu da qeyd edək ki, bu kimi görüşlər vətən müharibəsinin bir çox digər iştirakçıları ilə təşkil olunmuşdur.