İNK və Rasim Məmmədovu hamınız tanıyın

0
529

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, tanınmış ictimai xadim Rasim Məmmədovun sədrlik etdiyi İctimai Nəzarət Koalisiyası və Rasim Məmmədovun fəaliyyəti haqqında məqalə.

2015-ci il 17 sentyabrda məhkəmə, icra, hüquq-mühafizə, vergi və digər dövlət orqanlarında baş verən bürokratiyaya, özbaşınalığa xalqın haqlı narazılığından sonra, cənab Prezident xalqa ictimai nəzarətin həyata keçirilməsi, sayıqlıq göstərməsilə bağlı çağırış etdi. 2003-cü ildə Sabitlik və İnkişaf Mərkəzini təsis edən vətəndaş cəmiyyəti, 2015-ci il oktyabrın 1-də toplaşaraq İctimai Nəzarət Koalisiyasını yaratdı. Bu Koalisiyasının idarə edilməsi kimi ağır və şərəfli vəzifə ictimai xadim Rasim Məmmədova həvalə edildi. İlk olaraq bu koalisiyaya 11 təşkilat qoşuldu Sabitlik və İnkişaf Mərkəzinin bazasında birləşərək niyyət protokolu imzalandı.Eyni zamanda koalisiyanın fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
İctimai Nəzaret Koalisiyasının yaradılmasında əsas məqsəd məhkəmə, icra, hüquq-mühafizə, vergi və digər dövlət orqanlarında baş verən bürokratiyaya, özbaşınalığın qarşısın almaqdır.


113 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Bİrliyi tərəfindən genişləndirilən Vətəndaş Cəmiyyəti Platformasıdır!
İctimai Nəzaret Koalisiyasına sədrlik edən ictimai xadim Rasim Məmmədov daim xalqımızı, şəhid və qazi ailələrinin haq və hüquqlarının qorunmasında onların problemlərinin həll olunmasında əlindən gələn bütün səyləri əsirgəməmişdir. İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, həyatını ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Rasim Məmmədov məhz belə insanlardan biridir.Düz 57il şərəfli və keşməkeşli ömür yaşayan Rasim Məmmədov qəzetlərin birinə verdiyi müsahibədə deyirdi: “Allah-təalanın iradəsi ilə fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə- gündüz əlləşirəm..” Lakin təəssüflər olsun ki, hərtərəfli dünyagörüşə malik Rasim Məmmədovun fəaliyyəti haqqında müasirlərimiz, xüsusilə gənc nəsil az bilgiyə malikdir.
Rasim Məmmədov xalqımızın dərdini öz dərdiniz bilib daim Azərbaycan xalqına dayağ durduğunuza görə sizə təşəkkür edirik dünya durduğca durasız.

Emin Ağaliyev