İNK üzvü yeni təyinatda

0
343

İctimai Nəzarət Koalisiyasının Lənkəran Regional Nümayəndəliyinin keçmiş sədri Məhəmməd Məmmədov Cənub Regional nümayəndəliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir. Məhəmməd Məmmədov bununla əlaqədar “ictimaixeber.az” və ” ictimainəzarət.info” saytlarının sualını cavablandırmışdır:
— Məhəmməd müəllim, təşkilatımızın rəhbər heyətindən bir müddət uzaqlaşsanız da daim bu birliklə sıx əlaqədə olmusunuz.
Təşkilatdan uzaqlaşdırılarkən şər-böhtanla məşğul olanlardan fərqli olaraq sizin bizim rəhbərliyə və fəaliyyətə böyük hörmətiniz daha da artmışdır.
Və bu gün böyük bir regionalın və koalisiyanın ağsaqqalı kimi təşkilatımız haqda, Rasim müəllim haqda, onunla münasibətinizlə bağlı fikirlərinizi eşitmək istərdik.
–Mən heç bir vaxt təşkilatdan uzaqda olmamışam, üzv kimi qalmışam Rasim müəllimə həm bir təşkilat rəhbəri, həm böyük şəxsiyyət, həm də gözəl insan, dost kimi hər zaman böyük hörmətim, məhəbbətim var. Bu dostluğu heç bir kənar xoşagəlməz qüvvələr poza bilməz. Təşkilatın əhəmiyyətli tədbirlərinə hər zaman öz dəstəyimi verməyə çalışmışam.
Mən, ümumiyyətlə özümü bu təşkilatdan ayrı təsəvvür etmirəm. Bu təşkilatda Rasim Müəllimin təyin etdiyi hər bir vəzifəni canla-başla yerinə yetirməyə hazıram.
Allah hər bir kəsə də ürəklərinə layiq olanı qismət etsin.
Sizə də təşəkkür edirəm.
–Siz sağ olun.