İNK təmsilçiləri Belarusiya və Almaniyada

0
463

 

İctimai Nəzarət Koalisiyasının Belarusiya və Almaniyada da nümayəndəlikləri yaradıldı.
Almaniyanın Köln şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Etibar Həşimov İNK-nın bu ölkədəki nümayəndəliyinin sədri seçilmişdir.
Belarusiya Dövlət Universitetində hüquqşünas ixtisası üzrə təhsil almış Sabir Bəbirli isə İNK-nın bu ölkədə yeni təmsilçisidir.
İNK rəhbərliyi dünyanın hər bir ölkəsində yaşayan həmyerlilərimizin ictimai nəzarət fəaliyyətindən kənarda qalmaması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində aparılan işlər barədə mütəmadi məlumatların verilməsinə çalışır.