İNK sədrinin məhkəməyə müraciəti ilə bağlı prosesə bütün mətbuat nümayəndələri dəvətlidir

0
840

Xəbər verdiyimiz kimi İctimai Nəzarət Koalisiyasının sədri (o,həmçinin DAMM-nin 1-ci vitse prezidenti, SİMİB rəhbəridir) Rasim Məmmədovun böhtan atma, şərəf və ləyaqəti alçaltma iddiası ilə Sabunçu rayon məhkəməsinə müraciəti artıq icraata götürülmüşdür. Fevral ayının 8-nə təyin edilmiş ilk məhkəmə prosesi önə çəkilərək 1fevral 15.30-da keçiriləcəkdir.
Dırnaqarası jurnalist Aygün Muradxanlı bir neçə müddət öncə Rasim Məmmədova qarşı feysbuk və youtub platformalarında separatçılıq, dələduzluq və xüsusilə ağır cinayətlərdə şər, böhtan xarakterli digər ciddi ittihamlar irəli sürmüş, onu və ailə üzvlərini təhqir etmişdi.
Onu da qeyd edək ki, məhkəmə prosesində bütün televiziya və mətbuat nümayəndələrinin iştirakına vəsatət verilmişdir.