Bu gün İNK sədri, DAMM İB-nin 1-ci vitse prezidenti SİM İB-nin rəhbəri Rasim Məmmədov canlı yayımla il yekunu hesabatını verərək, gələn ildə həyata keçiriləcək planlar haqda məlumat verdi və həmçinin xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik etdi. Ötən bir il ərzində rəhbəri olduğu İNK-ya kütləvi vətəndaş axınını qeyd edərək bunun əsas səbəbinin məmur özbaşınalığının hələ də hökm sürdüyünü bildirdi. Koalisiya sədri əsas məhkəmə sistemində, sosial müdafiə nazirliyində ciddi nöqsanların olduğunu vurğuladı. Ən çox problemin isə bu gün Qazilərə və xəstələrə verilən təqaüdlərlə bağlıdı. Beləki, bədən üzvünü itirən Qazi və ya ömürlük xəstəlikdən əziyyət çəkən vətəndaş əlilliyinə görə düzgün qrup ala bilmir. Bu isə cəmiyyətdə vətəndaşla dövlət arasında uçuruma səbəb olur. Belə narazılığı yaradan məmur fikirləşməlidir ki, o belə əməliylə prezidentin apardığı dövlət siyasətinə kölgə salır. Əlbəttə belə əməllər cavabsız qalmayacaq və harınlamış məmurlar öz layiqli cəzalarını alacaqlar. Hətta belə məmurlar nəinki özləri narazılıq yaradır, özbaşınalıq edir, cəmiyyətdə də dələduzların rahat fəaliyyətinə şərait yaradır, onlara himayədarlıq edirlər.
Məsələ, 4 dəfə dələduzluğa görə həbs olunan, öz şəkli ilə cənab prezidentin şəklini montaj edərək, əyninə DİN-in polis formasını geyinərək saxta Yeni İctimai Nəzarət Şurası yaradaraq fəaliyyət göstərən Ramil Şükürlü kimi bir dələduza fikir verən, onu cəzalandıran yoxdur. Kimdir ona himayədarlıq edən? Bəli, cəmiyyətimizdə hələ də belə cavabsız suallar var…
Bundan əlavə İNK sədri bildirdi ki, artıq yeni ildən İctimai Nəzarət Koalisiyası öz fəaliyyətini İctimai Nəzarət Təşkilatı olaraq davam etdirəcək. Öz təbrikini xalqına çatdıran ictimai xadim Rasim Məmmədov bu ilin bizim üçün ağır olduğu qədər də uğurlu bir il olduğunu qeyd etdi. Qarabağlı bir ilimizi geridə qoyduq. Buna görə Şəhid ailələrinə, Qazilərə, hərbiçilərə öz təşəkkürünü və təbrikini çatdırdı.
Koalisiya sədri Rasim Məmmədov sabah Şuşaya edəcəyi səfər haqda məlumat verdi. Həmçinin qeyd etdi ki, ayın 30-da Rusiyanın paytaxtı Moskva şəhərinə, ordan isə Türkiyəyə yola düşəcək
Səfərin əsas məqsədi yeni iş ilinin planlarıdır. Xatırladaq ki, Rasim Məmmədov 1987-ci ildə Moskvada Tətbiqi Biotexnologiya Universitetində təhsil alıb. O, bu səfərində universitetdə müəllim və tələbə heyətiylə görüşməyi planlaşdırıb. Həmçinin Azərbaycan Rusiya diaspora nümayəndələri və orda yaşayan azərbaycanlılarla görüş nəzərdə tutulub.
Xüsusi olaraq qeyd edək ki, Rasim Məmmədovun oğlu Anar Məmmədov Rusiya vətəndaşıdır və hazırda Moskva şəhərində Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasetmə sıralarında hərbi xidmətdədir. Bu arada sədr əsgər oğlu ilə də görüşəcək.
Sevinc Muradova.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz.
https://m.facebook.com/story.php?story_fbid=320570883261176&id=100009070601002