İctimai Nəzarət Koalisiyasının yaranmasının 5 illiyi münasibətilə Fəxri Xiyabanda Ulu Öndərimiz-dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarət təşkil edilmişdir.
İNK-nın rəhbər heyəti ilə birlikdə təşkilatın bütün şəhər, rayon nümayəndəliklərinin rəhbər və üzvləri, eyni zamanda, respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, bir çox digər təhsil, iqtisadiyyat, mühafizə xidməti orqanlarının, icra hakimiyyətləri və mətbuat nümayəndələrinin iştirak etdiyi ziyarət zamanı Rasim Məmmədovun çıxışı da dinlənilmişdir.
İNK-nın sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB-in rəhbəri, ictimai xadim Rasim Məmmədov çıxışında ölkəmizin düşmən təxribatı ilə mübarizəsinin gərgin günlərinə təsadüf edən bu əlamətdar gündə vətəndaşlarımızın həmrəyliyinin xüsusi əhəmiyyətindən danışmış, qələbə ümidlərinin reallaşacağı günün çox yaxında olduğuna inama səsləmişdir.
“ictimaixeber.az”