İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzinin Gənc Mədəniyyət İşcilərinin koordinasiya kreativ qrupunun rəhbəri təyin olumuşdur. Göstərilən etimada görə Bərdə Regional Mədəniyyət İdarəsinə, Tərtər rayon Mədəniyyət Mərkəzinə təşəkkür edən N.Zeynalzadə bildirmişdir:” Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bizlər bütün bacarıqlarımızı, biliyimizi fəaliyyətimizdə nümayiş etdirməklə dövlətimizin bizə göstərdiyi etimadı doğrultmalıyıq. Gənclərlə birlikdə böyük layihələr və işlər həyata keçirəcəyik. Böyük uğurlara imza atacağımıza əminəm. Bütün gənclərə uğurlar arzu edirəm!”
“ictimaixeber.az”