İNK- nın YAP-a məktubu

0
338

Yeni Azərbaycan Partiyasının VII qurultayında partiya sədrinin müavinləri seçilmiş Əli Əhmədovu və Tahir Budaqovu, yeni təyin olunmuş İdarə Heyəti üzvlərinin hər birini ürəkdən təbrik edirik.

Milli maraqlarımızı hər şeydən üstün tutaraq siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə məqsədyönlü ardıcıl çalışmalarınız İctimai Nəzarət Koalisiyası tərəfindən yüksək dəyərlərlə qarşılanır.
Bundan sonra da respublikamızın hər bir fəaliyyət sahəsinin əməkdaşlarına xüsusi diqqətinizin artacağına, dövlətin siyasi maraqlarının bəşəri innovasiyasında intellektual fəallığınızın səmərəli nəticələr verəcəyinə inanırıq.

İctimai Nəzarət Koalisiyasının sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov

”ictimainezaret.info”