İNK-nın sıraları genişlənməkdə davam edir

0
763

 

İctimai Nəzarət Koalisiyasının sədri (O, həmçinin DAMM-nin prezidenti, SİMİB-nin rəhbəridir) Rasim Məmmədovun sərəncamı ilə Sabunçu rayon Təşkilatının Ramana qəsəbəsi nümayəndəliyi təsis edilmişdir.
Ramana qəsəbə nümayəndəliyinin sədri sahibkarlıq sahəsində fəaliyyət göstərən Həmid Nuriyev təyin olunmuşdur.
Bu gün İNK-nın Ramana qəsəbə nümayəndəliyinin təsis yığıncağında idarə heyətinin üzvləri də müəyyən edilmişdir.
Xırdaxanım Hüseynova Ramana nümayəndəliyinin sədr müavini, Elvin Əhmədov isə bu nümayəndəliyin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdur.
Onu da qeyd edək ki, İNK Ramana nümayəndəliyinin idarə heyətinin üzvləri arasında istefada olan polkovnik-leytenant, İNK-İdman və Gənclər Departamentinin sədri Ruzbeh Vəliyev, eyni zamanda Qulamhüseyn Qurbanov, Variz İbrahimov və İNK-nın Ramana Ağsaqqallar Şurasının üzvü Rəsul Qiyasov da vardır.
Hər gün sıraları genişlənməkdə davam edən İctimai Nəzarət Koalisiyasının yeni nümayəndələrinin hər birinə ictimai nəzarət fəaliyyətində böyük uğurlar diləyirik.

“ictimaixeber.az”