İNK-nın Regional Nümayəndəliyində dəyişiklik – foto

0
713

İctimai Nəzarət Koalisiyasında islahatlar davam edir.

İNK-nın İdarə Heyətinin sədri (DAMM-nin I vitse prezidenti, SİMİB rəhbəri) Rasim Məmmədovun sədri olduğu INK İdarə Heyətinin qərarı ilə İNK Cənub Regional Nümayəndəliyinin iki təşkilatı yaradılmışdır.
Masallı, Astara, Lənkəran rayonlarının daxil olduğu İNK Masalli Regional Təşkilatının sədri yenidən Nadir Abıyev, Cəlilabad, Yardımlı, Lerik rayonlarını idarə edəcək İNK Cəlilabad Regional Təşkilatının sədri isə İNK Cəlilabad rayon şöbəsinə rəhbərlik etmiş İlqar Mirzəyev təyin olunmuşdur.
Yeni Regional Təşkilatların və onların rəhbərlərinin ölkəmizin pandemiya ilə, eyni zamanda mənfur düşmənlə mübarizə apardığı gərgin dövründə sağlam ictimai durumunun yaradılması uğrunda fəaliyyət yollarında uğurlar arzu edirik.