İctimai Nəzarət Koalisiyasının Qəbələ rayon nümayəndəliyi üzvlərinin bu rayonun Heydər Əliyev Mərkəzində görüşü keçirilmişdir. İNK-nın yaranmasının 5 illik ildönümü münasibəti ilə hazırlanacaq tədbirlərlə əlaqədar müzakirəyə həsr olunan yığıncaqda təşkilatın sədri Rasim Məmmədovun beş il ərzindəki fəaliyyətindən danışılmış, görülən əhəmiyyətli işlərin davamında hər bir ictimai nəzarətçinin fəallığının vacibliyi qeyd olunmuşdur.
İNK-nın Qəbələ rayon nümayəndəliyinin sədri Təranə Alməmmədova eyni zamanda bildirmişdir ki, İNK Vətəndaş Cəmiyyəti Platforması ətrafında toplanan, Ümummilli Lider Heydər Əliyevin davamçısı Respublikamızın Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi islahatlara, xalqına, millətinə dəyər verən sadiq ziyalılarımızın, iş adamlarının, bütün vətənpərvər insanların yeganə amalı, məram və məqsədləri, ictimai fəaliyyət subyektləri dövlətin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşnalığına qarşı mübarizədə həmrəylik və fəallıq nümayiş etdirmək olmalıdır.
ictimaixeber.az”