Respublikamızda və bir sıra başqa qonşu ölkələrdə 113 təşkilatı özündə birləşdirən İctimai Nəzarət Koalisiyasının rəhbər heyəti və üzvləri tərəfindən Prezidentimiz İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi üçün maddi vəsait toplanır. Yaxın günlərdə Fonda köçürüləcək məbləğ açıqlanacaq. Qeyd edək ki, Fonda dəstək olan İNK üzvləri arasında təqaüdçülər, işsizlər və tələbələr də var.
Eyni zamanda İNK-nın Bakı şəhəri və respublikanın bir çox rayonlarındakı nümayəndəlikləri və fəal üzvləri ağır həyəcan dövrü yaşadığımız bu günlərdə bütün bölgələrimizdə karantin qaydalarına riayət olunması, bir çox ictimai narazılıqların və qanunsuzluqların aradan qaldırılması, sosial və maddi ehtiyacı olanlara yardım edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İNK-nın Masallı, Yardımlı, Astara, Lənkəran, Xaçmaz, Siyəzən, Şabran, Şamaxı, Qəbələ, Bərdə, Goranboy, Xocalı, Tərtər və digər rayon təşkilatlarının yardım aksiyasında fəal iştirakı barədə məlumat verən İNK sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov həmçinin bildirmişdir: “Bərdə rayonundakı bir çox fermerlər də sosial problemlərlə üzləşdikləri bir vaxtda təşkil olunan bu aksiyadan kənarda qalmadıqlarını, ianələr ödənilməsində iştirak edəcəklərini bildirmişlər.
İNK-nın Xaçmaz rayon nümayəndəliyinin sədri Aydın Əhmədov isə bu rayonda öz vəsaiti hesabına xüsusi qoruyucu maskalar istehsalına başlamış və təşkilatımızın adından həmin maskaları əhaliyə paylamışdır”.
İNK rəhbərliyi və nümayəndəlikləri tərəfindən həyata keçirilən və keçiriləcək bütün sosial-ictimai tədbirlər barədə müntəzəm məlumatları hər zaman olduğu kimi, “ictimaixeber.az”, “ictimainezaret.com”, İNKTV saytlarında, “İNK” və “ictimaixeber” youtube, İctimai Nəzarət Koalisiyasının, “ictimaixeber”-in facebook səhifələrində izləməyi unutmayın.
“ictimaixeber.az”