İNK-nın fermerlərə köməyi – Video

0
628

Siyəzən rayonunda fəaliyyət göstərən “Şükran” kəndli fermer təsərrüfatının toyuq istehsalı və kəsimi işində əsaslı problemlər yaranmışdır.

İctimai Nəzarət Koalisiyasına şikayət məktubu ilə müraciət etmiş təsərrüfat rəhbəri Famil Hasilov bildirmişdir:

“Beynəlxalq standartlara cavab verən fəaliyyətinə müvafiq qurumlar tərəfindən razılıq verilmiş təsərrüfat müəssisəmiz artıq 6 ilə yaxındır ki, toyuq istehsalı və kəsimi ilə məşğuldur. Bizim məhsulların xəstəlik yayımı daşıması kimi şikayətlərin heç bir hüquqi və faktiki əsası yoxdur. Amma bu şikayətlər əsasında məhkəmə prosesinin gedişatı ilə əlaqədar icra orqanları məmurları iş fəaliyyətimizin dayandırılmasına qərar vermiş və müəssisəni möhürləmişlər”.

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov (o, eyni zamanda DAMM-ın I-ci vitse-prezidenti və SİMİB-in rəhbəridir) müvafiq işçi qrupu ilə birgə bu məsələ ilə əlaqədar həmin bölgədə olmuşdur.

Təsərrüfatın fəaliyyətini, işçilərinin durumu ilə yaxından tanış olan Rasim Məmmədov qanunsuz möhürlənmə əməliyyatına son vermişdir. Rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının qanunsuz addımlarına xitam verilməsi üçün ölkənin müvafiq rəhbər orqanlarına məlumat verilmişdir.

“ictimaixeber.az”