İNK fəalının uğuru

0
668

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov İctimai Nəzarət Koalisiyasının televiziya solisti, Gəncə Musiqi Kollecinin tələbəsi və “Odlar yurdu”Gənclər İctimai Birliyinin ictimai əlaqələr üzrə katibi, son vaxtlar bir sıra mədəniyyət layihələri ilə Gəncənin və respublikanın bir çox gənclərinin və ictimaiyyət nümayəndələrinin rəğbətini qazanmış Altun Süleymanovu təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdiyi uğurlu fəaliyyətə görə xüsusi Diplomla mükafatlandırmışdır.

Onu da qeyd edək ki Altun Süleymanov dünən Gəncə Musiqi Kollecinin hesabat konsertində fəxri fərmanla təltif olunmuşdur.