İNK-dan ictimai çağırış

0
624

İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin 5 ildən artıq birgə fəaliyyətləri xalqımızın mənəvi qururunun , mədəni sərvətlərinin, xidmətlərinin qorunmasına və inkişafına, sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərə əngəl törədənlərin ifşa olunması və cəzalandırılmasına, sabit həyat tərzi və iqtisadi-sosial inkişafımızı gözdən salmağa çalışanlarla mübarizəyə həsr olunmuşdur.

Bu ictimai birliklərin rəhbər səlahiyyətlərini həyata keçirən ictimai xadim Rasim Məmmədovun gərgin iş fəaliyyəti nəticəsində ərsəyə gələn ictimai-mədəni tədbirlər, yüzlərlə insanın müxtəlif sahələrdəki problemlərinin həlli, insanların ictimai nəzarətə cəlb edilməsindəki qlobal irəliləyiş geniş ictimaiyyətin yüksək marağını və sevgisini qazanmışdır.
Amma təəssüf ki, hər zaman olduğu kimi, aramızda xalqımızın və dövlətimizin gözəl əməllərinə kölgə salmaq istəyən insanlar da mövcuddur. Bu kimi insanlar həyatımızın hər bir sahəsinə yersiz müdaxilə edərək yalan və böhtan dolu informasiyalarla bir çox dar düşüncə və məlumat sahibi olanları lazımsız iğtişaşlara cəlb edirlər.
İNK, DAMM və SİMİB xalqımızın hər bir nümayəndəsini sosial media, KİV ilə yayılan xəbərlərə qarşı daha diqqətli olmağa çağırır.
Böyük qələbədən ağır sınaqlarla çığmağımızı, epidemiya böhranı ilə yaşamağımızı nəzərə alaraq ünvanı bəlli olmayan xəbərlərə deyil, yalnız rəsmi məlumatlara inanmalıyıq.
Rəsmi mənbələrdə təsdiqi olmayan xəbərlərin hər biri iğtişaş məqsədi daşıyır.
Bu xəbərlər təəssüf ki, ayrı-ayrı insanları, vəzifə sahibləri ilə yanaşı, dövlətin həyata keçirdiyi tədbirləri də əhatə edir.
Gördüyümüz hər hansı haqsızlıq, qanunsuz əmələ görə ilk növbədə hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır.
Rəsmi mənbədə təsdiqini tapmayan hər bir xəbər cinayətdir.
Fərdi problemləri ilə üz-üzə olan insanlarımızı, gəlin, narahat etməyək.

İNK-nın mətbuat və informasiya xidməti

”ictimainezaret.info”