
İctimai Nəzarət Koalisiyasının Şəhid ailələri və Milli Qəhrəman Anaları Komitəsinin sədri, Milli Qəhrəman anası Gözəl Xasıyeva İNK-nın Tovuz rayon şöbəsinin sədri təyin olunmuşdur.
İNK İdarə Heyətinin sədri Rasim Məmmədovun qərarına əsasən, Milli Qəhrəman anası, Şəhid ailələri və Milli Qəhrəman Anaları Komitəsinin sədr müavini Tərlan Xəlilova İNK-nın Sabunçu rayon təşkilatının sədri təyin olunmuşdur.
İNK-nın Şirvan şəhər Təşkilatının sədri Töhfə Məmmədova Şirvan, Kürdəmir, Hacıqabul rayonlarının daxil olduğu Şirvan Regional Təşkilatının sədri, şəhid anası Hüseynova Zümrüd isə Şirvan Şəhər Təşkilatının sədri vəzifəsinə layiq görülmüşlər.
İNK-nın şəhid analarına və ailələrinə yüksək diqqət və qayğısının nəticəsi olan yeni təyinatın nümayəndələrinə işlərində böyük uğurlar arzu edirik.
“ictimaixeber.az”

