İNK-da yeni təyinatlar

0
855

İctimai Nəzarət Koalisiyasının Xaçmaz və Ağdam rayonları üzrə nümayəndəliklərinə yeni rəhbər təyinatı olmuşdur.
İNK-nın İdarə Heyətinin sədri Rasim Məmmədovun (o, həmçinin DAMM-nin 1-ci vitse-prezidenti, SİMİB rəhbəridir) sərəncamına əsasən, İNK-nın Xaçmaz rayon nümayəndəliyinə Vəfa Musayeva, Ağdam rayon nümayəndəliyinə isə Vidadi Muradov sədr təyin edilmişdir.
Vəfa Musayeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu, YAP-nın fəal üzvü, Xaçmaz Gənclər və İdman İdarəsinin şura üzvü, Azərbaycan Skauflar Assosiasiyasının üzvü, Skouf lideridir.

Vidadi Muradov isə Şuşa kənd Təsərrüfatı texnikomunda Lenin Komsomolu təqaüdü ilə təhsil almış, Ağdam Atçılıq zavodunda işləmiş, 1992-1993-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.
V.Muradov Ağdam İqtisad Kollecində də təhsil almışdır və hal-hazırda Ağdamın 5 saylı tam orta məktəbində Hərbi Xidmət rəhbəridir.
Məcburi köçkün, II dərəcəli dövlət qulluqçusu, müharibə veteranı, prezident təqaüdçüsü Vidadi Muradov, həmçinin, Yeni Azərbaycan partiyasının üzvüdür.

“İctimainezaret.info”