DAMM-ın I-ci vitze-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, SİMİB-ın rəhbəri Rasim Məmmədov respublikanın daha iki rayonunda yeni nümayəndəliklərin rəhbərini təyin etmişdir.
Nəcmiyə Zeynalzadə İctimai Nəzarət Koalisiyasının Tərtər rayon nümayəndəliyinin sədri təyin edilmişdir.
İkram Kərimov İctimai Nəzarət Koalisiyasının Şabran rayon nümayəndəliyinin sədri təyin edilmişdir.
Onu da qeyd edək ki, İNK-nın üzvləri də hər gün artmaqda davam edir. Yüzlərlə vətəndaşı və 110-dan çox təşkilatı birləşdirən bu ictimai birliyin respublikamızda və ölkə hüdudlarından kənarda keçirdiyi ictimaiyyəti və əhalini maraqlandıran bütün məsələlərlə bağlı ictimai-mədəni, sosial-siyasi təbliğat xarakterli görüşlər, müzakirələr və problemlərin həlli istiqamətində gördüyü işlər sosial şəbəkələrin və ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
“ictimaixeber.az”