İNK-da yeni təyinat

0
602

İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin qərarı ilə İNK Hacıqabul rayon təşkilatına sədr təyin olunmuşdur.

İNK-nın Hacıqabul rayon təşkilatının yeni sədri şəhid anası Səbirə Balabəyovadır.

Səbirə Balabəyovanın oğlu Balabeyov Pərviz Tofiq oğlu 1987 çi il iyun ayının 14 də Hacıqabul şəhərində anadan olub. 2020-çi il sentyabrın 27 də başlayan Vətən müharibəsində Cebarayıl istiqamətində gedən döyüşlərdə Tuşlayıcı operator vəzifəsində vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Ölümdən sonra “Veten uğrunda”Cəsur döyüşçü”Cəbrayılın azad olunması “medalları ilə təltif edilmişdir.

İctimai Nəzarət Koalisiyasının idarə heyətinin qərarı ilə həyata keçirilən yeni təyinat İNK-nın şəhid ailələrinə göstərdiyi yüksək qayğı və etimadın növbəti bariz nümunəsidir.

“ictimaixeber.az”