İNK-da fövqəladə seçki toplantısı: Seçkiləri demokratik keçirək! – Video

0
1105

Dünən İctimai Nəzarət Koalisiyasında İNK-nın sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitze-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov və İNK-nın məsul katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, SİMİB-in sədr müavini, yazıçı-kulturoloq Aydınxan Əbilov bir qrup ictimai nəzarətçi qarşısında çıxış edərək xalqa səslənmişlər.

Respublika Milli Məclisinə seçkilərin demokratik keçirilməsinə dəstək xarakteri daşıyan toplantıda Rasim Məmmədov “dövlətin ürəyi olan xalqın” bütün nümayəndələrini vicdan və ləyaqət nümayişinə çağırmışdır.

“Əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən prezident sərəncamlarının həyata keçirilməsində baş verən qanunsuzluqları aradan qaldırmaq bizlərin seçimindən asılıdır”

“Ağıllı, savadlı, vətənpərvər, dövlətin sərəncamlarına uyğun işləyib yaşamaq hər bir ölkə vətəndaşının haqq və ədalət yolunda olması deməkdir”.

“Sərbəst və ağıllı düşüncə sahibi olan hər bir kəs dövlətin ictimai nəzarət qoludur”

“Seçki Komissiyasının səlahiyyətli nümayəndələrinin bu dövrdə səhvə yol vermiş olmaları ölkənin seçki siyasətinə böyük zərbə vurmuş olar. İctimai Nəzarətin yüksək fəallığının göstərilməsi bu gün daha vacibdir”.

Rasim Məmmədov eyni zamanda, ölkəmizin konstitusiya hüquqlarından istifadə etməyərək seçkilərə laqeyd yanaşan vətəndaşlarımızı onların bu vəziyyətindən sui-istifadə edə biləcək rüşvətxor məmurların və digər səlahiyyət sahiblərinin qanunsuz əməllərinə yol açmamağa çağırmışdır.

Aydınxan Əbilov da seçki ideologiyası və platforması ilə bağlı mövcud qanunvericilik strukturlarının fəaliyyəti  eyni zamanda seçkilərdə iştirakın əhəmiyyəti və qaydaları ilə bağlı geniş məlumat vermişdir.

“Dairə seçki komissiyalarının fəaliyyətindəki qeyri-şəffaflığa gəlincə, vicdanı olan hər bir mühüm səlahiyyət sahibi Azərbaycanın xarici ölkə vətəndaşları və dövlət nümayəndələri qarşısında demokratik seçki ənənələrimizə kölkə salınmasına yol verməməlidir”.

“ictimaixeber.az”