“Son günlər hər gün bir yaxınımızı, doğmamızı, əzizimizi itiririk.
INK-nın Masallı Regional təşkilatının sədr müavini Rəcəb Həsənlinin həyat yoldaşının, Ağstafa Regional Nümayəndəliyinin Daxili Nəzarət Departamentinin sədri Əkbər Abbasovun həyat yoldaşının dünyalarıını dəyişməsi, bir çox üzvlərimizin ağır vəziyyətdə olması, INK-nın Başqırdıstan təmsilçiliyinin rəhbəri, hüquqşünas, professor, INK-nı bu ölkədə dəyərli şəkildə təmsil edən əziz dostumuz Valeh Abbasovun , Ufa şəhər nümayəndəliyimizin rəhbəri Şamil Abbasovun qardaşları Elbrus Abbasovun vəfatına görə dərin hüzn içərisindəyik.”
Ictimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədovun sosial şəbəkələrdə paylaşdığı bu xəbərlər hər kəsi göz yaşına boğdu:
“Artıq 60 gündən çoxdur ki, biz gözü yaşlıyıq. Böyük Zəfər Qələbəmiz üçün itirdiyimiz bütün insanlar, eyni zamanda gözəgörünməz düşmənin fəlakətləri də bizim qəlbimizi çox ağrıdır.
Gəlin özümüzü qoruyaq, namaz üstə dualar edək, bir-birimizə daha yaxın, mehriban olmağa çalışaq.
Allah bütün ölənlərə rəhmət eləsin, xəstələrimizə şəfa versin.”
“ictimaixeber.az”