İNK bütün dünya azərbaycanlıları ilə – VİDEO

0
483


İctimai Nəzarət Koalisiyasının Avropanın bir çox ölkələrində nümayəndəliklərinin olması artıq hər kəsə məlumdur. Dünyanın hər yerində isə təşkilatın üzvləri və könüllüləri var.
Bu günlərdə İNK-nın İsveçrə nümayəndəliyinin təşəbbüsü ilə Fransada da təşkilatın, eyni zamanda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin nümayəndəlikləri yaradılmışdır.
İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov bildirmişdir:
“Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizin mövcud vəziyyəti izləyərək dövlətimizə, xalqımıza dəstək olması hər kəsə məlumdur. İctimai Nəzarət Koalisiyasının 5 il ərzində və hazırki dövrdəki fəaliyyətini izləyənlər arasında da bu fəaliyyətə qoşulmaq istəyənlərin sayı durmadan artır.
Artıq Avropanın bir çox ölkələrində Türkiyədə, Fransada, Almaniyada, İsveçrədə, İtaliyada nümayəndəliklərimizin açılmasının Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasında və baş verən bütün haqsızlıqlarla mübarizədə xüsusi rolu var və həmişə də olacaq”.
“Günün xəbəri” TV-nin Rasim Məmmədovla tam müsahibəsini izləyicilərə təqdim edirik: