İNK bir sıra məhbuslara azadlıq çağırışında

0
333

Bu günlərdə 50-yə yaxın ictimai fəal ana qrup halında İNK-ya müraciət edərək qarşılaşdıqları böyük bir problemlə əlaqədar onlara köməyimizi əsirgəməməyi xahiş etmişlər.
İNK-nın hər zaman Prezident və dövlətçilik ideologiyası ətrafında vətəndaşlarımızı birləşdiyini əsas götürən bu analar təşkilatımıza üzv olmuş, xahişlərini rəsmi qurumlara çatdırmalarını istəmişlər. Belə ki, indi dövlətçilikdə xəyanətkar fəaliyyəti ifşa olunmuş keçmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun fəaliyyəti dövründə müxtəlif səbəblərdən həbs olunmuş şəxslərin, guya vaxtilə xaricə, Suriyaya gedərək hansısa qüvvələrə qoşulması ilə ittiham olunmuşdur. Məhbus anaları məhkəmə hökmlərinin ədalətliliyini şübhəyə almayaraq verilən ağır cəzaların yüngülləşdirilməsi, övladlarının əfv edilməsini xahiş edirlər. Cəmiyyətdə gəzən söz- söhbətlərə görə MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov özünü siyasi rəhbərliyə işgüzar göstərmək üçün müxtəlif bəhanələrlə bir çox şəxslərlə həbs etdirmişdir. Onların arasında da xaricdə işləmək bəhanəsi ilə aldadılaraq Şərq ölkələrinə aparılan bir sıra gənclər də olub. Bu məhbuslar və onların ailə üzvləri dəfələrlə – 2016-cı il, 2018-ci il və 2020-ci ilin Tovuz döyüşlərində, xüsusən də 44 günlük II Qarabağ Müharibəsinə könüllü yazılaraq vətən uğrunda ölümə getmək arzularını ifadə etmişlər. Onlar öz səhvlərini anlayaraq müharibədə “günahlarını” yumaq şanslarını dəyərləndirsələr də, nədənsə məhbuslar, onların valideynləri və ailə üzvləri, narahat əhali qrupu dövlət qurumları, əlaqədar orqanların, məhkəmələrin biganəliyi ilə qarşılaşıblar. Bu gənclər indi də Qarabağın dirçəldilməsi prosesində, eləcə də sərhədlərimizin qorunması, xarici qüvvələrə qarşı mübarizə aparmaqda müntəzirdirlər.
Nəzərə alsaq ki, indiki koronavirus pandemiyası təhlükəsi qaldığı, dünyada iqtisadi çətinliklər baş verdiyi, ölkəmizdə də sosial-məişət məsələlərində vətəndaşlarımızın çətinliklərlə üz-üzə qaldığı vaxtda 50-ə yaxın gəncin həbsxanada qalmaları üçün böyük məbləğdə məsrəflər sərf olunur. Eləcə də çoxlarının ailəli, 1-2 uşaq sahibi olan həmin məhbusların işləyərək ailə üzvlərini dolandıra bilməmələri, ailə üzvlərin və qohumlarının pandemiyadan və ayrılıq səbəblərindən ağır xəstəliyə tutulmaları, dünyalarını dəyişmələri görün nə qədər ictimai-sosial ağırlaşmalara aparıb çıxarır!
Vətəndaş Cəmiyyəti Təsisatlarının koalisiyası kimi İNK və onun çoxsaylı üzvləri olaraq da öz növbəsində, ictimai əsgərləriniz olaraq bu ağrılı məsələnin həlli ilə əlaqədar şəxsən Prezidentə müraciət etmişlər. İnanırıq ki, hər zaman xalqın mənafeyini qoruyan 55 milyonluq dünya çağdaş siyasi-tarixi lideri, dövlətçilik rəhbəri, humanist dövlət başçımız olaraq məsələni öz nəzarətinə götürəcək, bu anaların gözüyaşlı qalmaması üçün problemlərinin həllində yardımını əsirgəməyəcək.

INK mətbuat xidməti