Futbol üzrə İngiltərə Premyer Liqasının ən bahalı klubu məlum olub.
“Evening Standart”ın hazırladığı siyahıya görə, Premyer Liqanın ən bahalı klubu “Tottenhem”di. London klubunun dəyəri 1,8 milyard funt-sterlinqdən 2,6 milyarda yüksəlib.
Premyer Liqanın ən bahalı ikinci klubu isə “Mançester Siti”di. “Şəhərlilər”in hazırkı dəyəri 2,2 milyard funt-sterlinq olaraq göstərilib.
Siyahıda 3-cü yerdə 2,1 milyard funt-sterlinqlə “Mançester Yunayted” qərarlaşıb.
İlk 3-lükdə yer almayan, ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Liverpul” isə 1,6 milyard funt-sterlinq dəyərindədi.