
İngiltərə Premyer Liqası klubları komandalarda koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən mövsümün dayandırılmasına nail olmaq istəyir.
Klublar çempionatı dayandırmağı və yanvarın 15-də bərpa etməyi təklif edir.
Təklif qəbul olunarsa Premyer Liqanın 4 turu təxirə salınacaq.
Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların sayında artıq ikinci gündür ki, rekord qeydə alınır. Vəziyyətin ölkədə “Omikron” ştammının yayılması ilə bağlı olduğu bildirilir.