İngiltərə klubu Azərbaycan millisinin futbolçusunu Avropa Liqasına almaniyalı kimi sifariş etdi

0
424

İngiltərənin “Vulverhempton” klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasına sifariş edib.

21 yaşlı hücumçu mövsümün ikinci yarısı üçün iştirak ərizəsinə salınıb. Lakin onun vətəndaşlığı iştirakçı siyahısında almaniyalı kimi göstərilib. Dadaşov meydana 40 nömrəli forma ilə çıxacaq.

“Vulverhempton” 1/16 finalda İspaniya “Espanyol”u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.

Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.