İnfarkt keçirmiş xəstələr icbari tibbi sığorta vasitəsilə yeni metodla müalicə oluna biləcəklər

0
263

İnfarkt keçirənlərin müalicəsi ilə bağlı yeni layihə hazırlanır.

Bunu 4-cü İnvoziv Kardiologiya konqresində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Kardiologiya Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır: “Bunların sırasında elmi əsaslı, həkimlərimizin bilik səviyyəsini yüksəltməyə yönələn layihəmiz ilk yerdə dayanır. Bundan əlavə, infarkt keçirən vətəndaşların İcbari Tibbi Sığorta çərçivəsində yeni metodla müayinə və müalicəsini ehtiva edən layihəmiz də həyata keçiriləcək. Burada məqsəd Azərbaycan xalqının ömrünün uzunluğunu artırmaqdır”.