İndoneziyada iri terror qruplaşmasının lideri tutulub

0
472
İndoneziyanın hüquq-mühafizə orqanları 16 il axtarışda olan “Camaa İslamiya” qruplaşmasının lideri Para Vicayantonu həbs edib.
Bu haqda məlumatı yerli polis yayıb.
Para Vicayanto Bekasi şəhərindəki evində yaxalanıb. Evdə soyuq silah, radikal ədəbiyyat və videoyazılar tapılaraq müsadirə olunub. Digər detallar hələ ki açıqlanmır.
P.Vicayanto 2003-cü ildən axtarışda olub. İndoneziyanın hüquq-mühafizə orqanları onu bir sıra terror aktlarının təşkilində təqsirləndirir.