İndoneziyanın Bali adasının yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Cimbaran yaşayış məntəqəsindən 88 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 100 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.