İnanılmaz sürət – Amsterdamda 3 günə dəmiryolu stansiyası altında tunel tikilib – VİDEO

0
530

 

Sürətli mühəndislik rekordların sorağı adətən Çindən gəlir, məsələn, orada “Tesla”nın zavodu sadəcə üç ay ərzində tikilmişdi. Amma avropalı mütəxəssislər də onlardan geri qalmırmışlar.

Amsterdamda sadəcə üç gün ərzində şəhərin ən iri dəmiryolu stansiyalarının birində dəmir yolları və yol örtüyü tamamilə sökülüb, onun altında tunel tikilib, daha sonra isə yenidən əvvəlki halına geri qaytarılıb.

Bunun üçün bu ərazilərdən keçən dəmiryolu və nəqliyyatının hərəkəti dayandırılıb, işçilər isə bütün sutka boyu çalışıblar.

Sizə bu “mühəndislik möcüzəsini” öz gözlərinizlə görməyi təklif edirik.