İNANILMAZ İXTİRA: növbəti nəsil atom saatı yaradılır – FOTO

0
556
ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom saatı üçün əsas olacaq texnologiyanı nümayiş etdiriblər.
Mikrosxemli yeni saatın işi çip üzərində kiçik şüşə konteynerin (buxar dəliyi) içində olan rubidium atomlarının vibrasiyasına əsaslanır.
Mikrosxemlərin iki tezlik darağı yüksəktezlikli optik atom vibrasiyasını mobil proqramlarda istifadə ediləcək daha aşağı mikrodalğalı tezliklə birləşdirən mexanizmlər kimi işləyir. Mikrosxemlərə əsaslanan yeni saatın “ürəyi” çox az (275 millivat) enerji tələb edir və qol saatına quraşdırılmaq üçün potensial baxımdan kompakt versiyada hazırlana bilər. Çip şəklində olan belə optik saat son nəticədə naviqasiya sistemləri və telekommunikasiya şəbəkələrində ənənəvi generatorları əvəzləyəcək, eləcə də peyklərin ehtiyat saatı qismində çıxış edəcək.
Mütəxəssislərin sözlərinə görə, yeni optik atom saatında bütün əsas komponentlər stabil əlaqədə olan və işləyən mikrosxemlərdən hazırlanıb. Mütəxəssislər qrupu texnologiyanın akkumulyatorla işləyən yeni nəsil kiçik azgüclü saat və portativ qurğuların hazırlanmasına zəmin yaradacağına ümid edir.