“Aesthetictimewarper” adlı sosial şəbəkə istifadəçisi 2300-cü ildən gəldiyini iddia edərək, 2022-ci ildə bəşəriyyəti gözləyən fəlakətlə bağlı açıqlama verib.
O, 24 may 2022-ci il tarixində yadplanetlilərin Yerə enəcəyini və bundan sonra insanlarla müharibəyə başlayacaqlarını iddia edib.
“Zaman səyyahı”nın iddiasına görə, yadplanetlilərlə insanların ünsiyyəti dinc yolla başlasa da, sonra aralarında müharibə olacaq.
Yadplanetlilərin dünyanı işğal edəcəyini iddia edən “zaman səyyahı” tərəflər arasındakı döyüşün qabaqcıl texnoloji cihazlarla aparılacağını bildirib. Bəzi sosial şəbəkə istifadəçiləri bu iddiaya inansa da, bəziləri onun diqqət çəkmək üçün bunu uydurduğunu deyiblər.