
Əslində söhbət çili bibərinin insanın ağır xəstəliyə yoluxmasının qarşısını almasından gedir. Bildirilir ki, çili bibərindən müntəzəm qəbul etdikdə insanın ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə üzləşmə təhlükəsi azalır. Bu da insan həyatını 12-14% uzatmağa yardım edə bilər.
Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar. Məlum olub ki, çili bibəri qəbul edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.