In dünyanı hədələdi: Zərbələr endirməliyik

0
612

Şimali Koreya lideri Kim Çen In sanksiyaların köməyi ilə ölkəsini diz çökdürəcəyinə əmin olanlara zərbələr endirməyə çağırıb.

“Yonhap” agentliyinin məlumatına görə, bunu KXDR dövlət başçısı ölkənin hakim Əmək partiyasının iclasında bildirib.

“Biz inkişaf etməkdə olan sosialist iqtisadiyyatının bayrağını daima yüksək tutmalıyıq və yanılaraq bizi sanksiyalarda diz çökdürəcəyini düşünənlərə zərbələr endirməliyik”, – deyə Kim Çen In vurğulayıb.

Belə bir bəyanat ABŞ prezidenti Donald Trampın Cənubi koreyalı həmkarı Mun Çde İnlə görüşü ərəfəsində səslənib. Liderlər dünən (aprelin 11-də) Vaşinqtonda danışıqlara başlanılmışdır. Görüşdə başlıca olaraq Koreya yarımadasının nüvə probleminin müzakirə olunacağı bildirilir.