ABŞ Balıqçılıq və Vəhşi Təbiəin mühafizəsi xidməti, imperator pinqvinlərinin “iqlim dəyişikliyi ilə əlaqədar təhlükə altında olanlar” siyahısına salınmasını təklif edib.
Bu barədə “Associated Press” məlumat yayıb.
“İmperator pinqvinlərinin həyat dövrü – çoxalmağı, bəslənməyi və tük tökməsi dəniz buzuna bağlıdır”, – deyə “Woods Hole” Okeanoqrafiya İnstitutunun pinqvinlər üzrə mütəxəssisi Stefani Cenuvrie bildirib.
“Global Change Biology” tərəfindən aparılan araşdırmaya görə, bütün imperator pinqvin koloniyalarının təxminən 70 faizi 2050 -ci ilə qədər risk altında olacaq. Dünya ictimaiyyəti karbon tullantılarının nisbətini azaltmasa və iqlim problemlərinə yanaşmanı dəyişməsə bu rəqəm 2100 -cü ildə 95 faizə yüksələcək.
ABŞ hökuməti, nəsli kəsilməkdə olan heyvanlar siyahısına imperator pinqvinlərdən əlavə ağ ayıları da əlavə etmək təklifini irəli sürüb.
Hazırda 270-280 min arasında cüt imperator pinqvinləri var. Ümumilikdə Yer üzündə 625-650 minə qədər fərd var.