İmmunitetinizi yüksəldəcək 5 qeyri-adi üsul – 100 dərmandan FAYDALI

0
504

Soyuq aylarda tez-tez xəstələnməməyin yeganə yolu immuniteti möhkəmlətməkdir. Çoxumuz elə bilirik ki, aptekdə immuniteti qaldıran xüsusi dərman var, onu həkim yazmalıdır və yalnız ondan sonra sağalacağıq, səhv fikirdəyik. Belə bir dərman yoxdur. Ümumiyyətlə, immunitet elə bir sistemdir ki, hər professorun belə başı çıxmaz. Çünki o dərəcədə fərqli, mürəkkəbdir.

Medicina.az asan gələcək, əslində isə immunitet üçün vacib olan xırda sirləri təqdim edir.

1.Stresə yox, sakitliyə HƏ

İmmunitetin gözünün düşməni stres, əsəbdir. Alimlər bildirir ki, 1 gün stres, güclü əsəb keçirmək və qışqırmaq immuniteti 14 gün söndürür.
İşdə gərginlik, müdiriyyətin tələblərini vaxtında yerinə yetirməmək qorxusu, narazılıq immun hüceyrələrini sanki yorğun salır.

Stresə qarşı davamlı olmaq üçün işboyu sakitləşdirici tənəffüs məşqləri etmək, yoqa ilə məşğul olmaq, sakitləşdirici çay içmək və ya bir yol tapıb o vəziyyətdə sakitləşməyi bacarmalısız.  Rahatlaşdırıcı metodlar düşünün.

2.Həftədə 2 dəfə çox dadlı yeməklər yeyin

Ümumiyyətlə, immunitet yeməkdən güc alır. Yeməkləriniz dadlı, ürəyiniz istəyən və faydalı olmalıdır. Sizin həftəlik menyunuzda meyvə, tərəvəz, probiotik, hətta şoraba, ət, kabab olmalıdır. Hər gün dönər yeyib, çay içib, axşam yatmaqla immunitet ac qalır.

Dünya səhiyyə təşkilatı bildirir ki, sutkada 3 dəfə ovcunuza sığan qədər təzə meyvə və giləmeyvə yeməlisiz. Nə qədər bu meyvələr müxtəlif oldu, o qədər yaxşıdır, orqanizm ehtiyat yığır. Vacib deyil bir meyvədən 1-2 kilo alasınız, elə 100 qram da alıb yeyə bilərsiz.

Probiotiklər isə süd məhsullarıdır, hazır probiotik marketlərdə olur, amma siz özünüz təmiz qatıq, kefir içməklə bunu əvəz edə bilərsiz.
3.Şəhərdən kənarda gəzin, təmiz havada olun

İmmunitet D vitamini günəşdən alır. Hazırda hamımzıda bu vitamin əskikdir. D vitamini virus və bakteriyalarla mübarizə aparır, bizim əhvalımızı təyin edir. Harda olursuzsa olun, harda işləyirsizsə işləyin, mütləq həftədə 1 gün şəhərdən kənarda parkda, dəniz qırağında, meşədə açıq havada 3-5 saat sadəcə gəzin. Orqanizmdə D vitamini çox olduqda qripə yoluxmur, yoluxsa da tez sağalır.

Amma siz təmiz havada gəzməlisiz ki, neqativ emosiyalar getsin, rahatlaşasız.

4.İsti hamamda soyuq -qaynar su

İsti sauna, hamamda buxarda oturmaq, bədəni tərlətmək, kisələnmək qədimdən sağlamlıq açarıdır. Bədən tərlədikcə virus, bakteriyalar istidən ölür, toksinlər dəri ilə çıxır.

Sonra soyuq su ilə duş almaq isə immuniteti oyadır.

5.Maye qəbulu və yaşıl çay

Orqanizmin hüceyrələri və immun hüceyrələr mayedən təşkil olunub. Təmiz su olmadan onlar yaxşı işləmir. Qara çay əvəzinə isə keyfiyyətli yaşıl çay için. Bu çayda güclü antioksidant vardır ki, bu da sərbəst radikalları zərərsizləşdirir. İmmun sistemin T hüceyrələrinə kömək edir.

Eləcə də yaxın dostlarla əyləncə, sevimli hobbi, daim gülmək, komediyalara baxmaq, idman, fitnes, masaj, tez yatmaq da immuniteti qüvvətləndirir