Rusiyalı fitnes-dietoloq Anna Yolkina insanın immunitetini gücləndirən üç giləmeyvənin adını açıqlayıb.
Dietoloq bildirib ki, immuniteti gücləndirən giləmeyvələr arasında birinci yeri çaytikanı tutur. Onu çaya, kokteylə qatmaq və ya adi qaydada yemək olar.
İkinci yerdə isə mərcangilədir. Bu meyvə vitamin çatışmazlığı xəstəliyində əvəzsizdir. Mərcangilə arterial təzyiqin yüksəlməsi, zökəm, qrip zamanı istifadə etmək olar.
Üçüncü yeri isə quşüzmü tutur. Quşüzmü dərinin tonlandırılmasını qoruyur. Ondan eyni zamanda hərarət salıcı vasitə kimi də istifadə etmək olar.