
Yaz və payız fəsillərində virus və infeksiyalardan qorunmaq üçün çobanyastığı çayından istifadə etmək olar.
Saglamolun.az bildirir ki, çobanyastığı çayı çox effektli infeksiya əleyhinə və immuniteti gücləndirən vasitədir. Hər gün 1-2 fincan çobanyastığı çayı içməklə siz özünüzü infeksiyalardan qoruya bilərsiniz.
1 çay qaşığı çobanyastığını 1 fincan qaynar suda dəmləyin. 20 dəqiqədən sonra çayı süzün və 1 çay qaşığı bal əlavə edib için.