İmişli şəhər A.Eminov adına 7 saylı orta məktəb tamamilə yararsız vəziyyətə düşüb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Sözügedən məktəbin 1953-cü ildə tikildiyi, dərs keçmək üçün yararlı olmadığı qeyd edilib.
Məsələ barədə Təhsil Nazirliyindən bildirilib ki, İmişli şəhəri 7 saylı tam orta məktəbin əsaslı təmiri “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.