Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonu, Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İmişli Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Elşad Zeynalov yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.