İmamoğlunun həbsinə Tramp “hə” deyib? – Hakan Fidan cavab verdi

0
12

Türkiyənin xarici işlər naziri Hakan Fidan hakimiyyəti İstanbul meri Əkrəm İmamoğlunun həbsində Donald Trampla əlbir olmaqda ittiham edən müxalifət lideri Özgür Özelin bəyanatına cavab verib.

Xarici işlər naziri sosial şəbəkədəki paylaşımında Özeli tənqid edib, onu xarici ölkələrdən dəstək qazanmaq üçün çoxsaylı cəhdlərdə ittiham edib.

“Seçki qutusundan kənarda legitimlik axtaran və küçələrdə siyasəti formalaşdırmağa çalışan Özəldir. Həftələrlə xarici güclərin köməyinə ümid bəsləyən, xarici paytaxtlardan dəstək istəyən, “Özümüzü tərk edilmiş hiss edirik” deyən Özəl idi. Korrupsiya davasını qəhrəmanlıq hekayəsinə çevirməyə çalışan Özəldir”, – Türkiyənin xarici işlər naziri yazıb.

Özgür Özəl bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın İmamoğlunun həbsinə “Hə” dediyini iddia etmişdi.

İstanbul meri Əkrəm İmamoğlunu həbs edənlər “ABŞ prezidenti Donald Trampın razılığını alıblar”, – Özəl bildirmişdi.