İlon Mask süni intellektin təhlükəsindən danışdı

0
128

“Süni intellektin sistemli və daimi inkişafı bütün bəşəriyyətin məhvinə səbəb ola bilər, lakin bu ehtimal 20%-dən çox deyil”.

Bunu “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, “xAI” startapının yaradıcısı İlon Mask deyib.

O, Los-Ancelesdə süni intellektə həsr olunmuş konfransda çıxışı zamanı texnoloji təhlükə ilə bağlı məsələyə aydınlıq gətirib.

“Düşünürəm ki, süni intellektin həqiqətən bəşəriyyətin məhvinə səbəb olacaq bir potensialı var. Burada ehtimal təxminən 10 və ya 20% diapazonundadır”, – deyə o bildirib.